Baş Nazirdən işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərlə bağlı QƏRARbackend

Baş Nazirdən işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərlə bağlı QƏRAR

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluğunun təşkilini təmin edilməsi ilə bağlı Qərar qəbul edib.

KONKRET.az məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sənəd imzalayıb.

Sənədə əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında (bundan sonra – yerli qurumlar) işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunsunlar.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etsin;

2.2. özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirsin;

2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

  • Arzu
    İyul 27, 2020 - 21:53

    Hara baxirsiz ne gerar ancax yerazdara ve gackinlara komek edirsiz tenha anaya ne sosial duzelde bildim nede 190 man Allah bunu goturer

    • .
      İyul 28, 2020 - 09:29

      Men de atasiz usagam. Evde heckim islemir. Telebe oldugumcun issiz kimi qeyde almadilar ve 190 manat vermediler. Anamin da ustune ev oldugu ucun vermediler. Evi sataq yimek yimek ucun ne edek?? Universitet de illiyime guzest etmedi. Bir dene sert qoydular ki, ya sikest olmalisan ya da valideynin sikest olmalidir. Atam yoxdur, anam islemir. Universitet diriyib bizi divara. Dovlet komek etmir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*