74 yaşında ürəktutmasından vəfat edən Əlcəzairin baş qərargah rəisi dəfn olunub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mərasimə minlərlə insan qatılıb.
İnsanlar paytaxtdakı Xalq Sarayının ətrafına toplaşıb. Dəfn mərasiminə gələnlər Əhməd Kayid Salehin Əlcəzair bayrağına bükülən tabutuna toxunmaq üçün dəridən qabıqdan çıxıblar. Onların bir çoxu ətrafdakı divarlara dırmaşıb.
Əhməd Kayid Saleh 20 illik Buteflika iqtidarına qarşı çıxıb və Prezident Əbdüləziz Buteflikanın hakimiyyətinə son qoyulmasında iştirak edib.
Apreldə Prezident Tebbunun andiçmə mərasimində Əhməd Kayid Saleh göstərdiyi xidmətlərə görə dövlət nişanına layiq görülüb.
Hazırladı: Günel MUSEYİB