Bayden jurnalistlərə kobud cavab verdibackend

Bayden jurnalistlərə kobud cavab verdi

ABŞ prezidenti  Bayden jurnalistlərlə qısa söhbəti zamanı onlara qarşı sərt ifadələr işlədib. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Bayden jurnalistlərin ona ünvanladığı sualdan möhkəm əsəbləşib. Ona ABŞ Konqresinə nəzarət edən respublikaçıların  Donald Trampın ilk iş günündə imzalaya bilməsi üçün dövlət sərhədindəki vəziyyət və miqrasiya böhranı ilə bağlı bir neçə qanun layihəsini qəbul etmək planları barədə sual verilib. Bayden bu cür təşəbbüsləri gülünc adlandırıb  və Trampı Konqresdəki tərəfdarlarına təsir etməkdə günahlandırıb. Miqrasiya böhranı problemini həll etmək üçün nəyə icazə verilməməli olduğu barədə danışmağa davam edən Bayden qəfildən sözünü yarımçıq kəsib: “Mən ən yaşlı prezident ola bilərəm, amma mən sənin bütün lənətə gəlmiş ömrün boyu tanıdığın dünya liderini tanıyıram. Mən onların necə düşündüklərini əzbər bilirəm. Bu zarafat deyil”, – deyə Bayden bildirib. Bayden ilk dəfə deyil ki, jurnalistlərə qarşı kobud ifadələr işlədir. ABŞ prezidenti bundan əvvəl də jurnalistlərə qarşı kobud davranmışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*