Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı – VİDEObackend

Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı - VİDEO

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.

Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*