“Baza” teleqram kanalının baş redaktoru və prodüseri həbs edilib.
KONKRET.az xəbər verir ki, Rusiyanın məşhur “Baza” Telegram kanalının baş redaktoru Qleb Trifonov və kanalın prodüseri Tatyana Lukyanova barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bu barədə Tatyana Lukyanovanın vəkili Rusiya mətbuatına açıqlamasında məlumat verib. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 291.4-cü maddəsi – qabaqcadan əlbir olan şəxslər qrupu tərəfindən rüşvət vermə – üzrə rəsmi ittiham irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az