Bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, bu, 2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlara aid olacaq. Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
İqtisadçı Rəşad Həsənov deyir ki, bu qanunun bazara müsbət və mənfi təsirləri olacaq.
Bu üsulla alıcılara qəbz təqdim olunacaq ki, bu da sahibkar və alıcı arasındakı bəzi mübahisəli məsələlərin rahat həllinə şərait yaradacaq.
Rəşad Həsənov qeyd edib ki, bazar sahibkarlarının vergiyə cəlb olunması prosesinin mənfi tərəfi isə qiymət artımının qaçılmaz olmasıdır.
Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik: