BBC görüntüləri yayımladı: Afrində türk əsgərlərinə belə hücum etdilər – VİDEObackend

BBC görüntüləri yayımladı: Afrində türk əsgərlərinə belə hücum etdilər - VİDEO

Suriyada türk əsgərlərinə qarşı hücumlar böyük əks-səda doğurub.

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın BBC telekanalı bölgədə baş verənlərdən böyük reportaj hazırlayıb və suriyalıların türk əsgərlərinə necə atəş açıb hərbi bazaya hücum etdiyini videolarla nümayiş etdirib.

Kayseri, Hatay, Qaziantep, Konya, Bursa və İstanbulda suriyalılara qarşı etiraz aksiyaları keçirilərkən Suriyanın şimal-qərbində türk əsgərlərinə və maşınlarına hücum edən suriyalıların görüntüləri də yayımlanıb.

Türkiyə bazar ertəsi gecəsi bəzi kritik sərhəd qapılarını bağladığı halda, xəbər agentliyi ən şiddətli toqquşmaların Afrin şəhərində baş verdiyini və silahlı suriyalıların hücumuna məruz qaldığını bildirib. BBC-nin yayımladığı görüntülərdə suriyalıların Türkiyənin hərbi maşınlarına ağır silahlarla hücum etdiyi, başqa bir görüntüdə isə bir hərbi maşına zərər verdiyi görünür.

Prezident Ərdoğan ötən həftə Suriya lideri Əsədlə görüşmüş və münasibətləri yaxşılaşdırmaq üçün addımlar ata biləcəyinə işarə etmişdi.

Qeyd edək ki, 3 milyondan çox suriyalının yaşadığı Türkiyə ilə Suriya arasında münasibətlər 2011-ci ildə pozulub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*