“Bek Air” aviaşirkətinin fəaliyyəti dayandırıldıbackend

"Bek Air" aviaşirkətinin fəaliyyəti dayandırıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, “Bek Air” şirkətinin operatoru və uçuşa yararlılıq sertifikatları Qazaxıstan Aviasiya İdarəsi tərəfindən dayandırılıb.

Artıq Qazaxıstan Hökümət yanında qəza ilə bağlı Komissiya yaradılıb. Komissiyanın tərkibinə Qazaxıstan Respublikası Baş nazirinin müavini, sənaye və infrastruktur inkişafı naziri və digər dövlət orqanlarının nümayəndələri daxildir. İlkin məlumatlara görə, təyyarədə 93 sərnişin, 5 ekipaj üzvü olub.

“Təyyarənin uçuşa yararlılığı sertifikatı 2019-cu ilin may ayında verilib. Buraxılış tarixi 1996-cı ilin aprelidir. 26 avqust 2016-cı il tarixində Qazaxıstan reyestrində qeydiyyata alınıb (şəhadətnamə 940). Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.
Bek Air hava operatorunun uçuşa yararlılığı ilə bağlı sertifikatları hazırda Qazaxıstan Aviasiya İdarəsi tərəfindən dayandırılıb “deyə ölkənin Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin rəsmi” Facebook “səhifəsində bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*