“Bek Air” təyyarə qəzası ilə bağlı ilk açıqlamasını etdibackend

"Bek Air" təyyarə qəzası ilə bağlı ilk açıqlamasını etdi

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Almatı hava limanında cənub paytaxtında baş verən təyyarə qəzası ilə bağlı brifinq keçirilir. Birifindqə “Bek Air” sözçüləri bildiriblər ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, qeydiyyat yola bir saat yarım qalmış başlayıb. Aviaşirkətdən verilən məlumata görə, uçuşda gecikmələr olmayıb, uçuş vaxtında həyata keçirilib. Bildirilib ki, bu, müntəzəm gündəlik uçuşdur.

“Texniki vəziyyətlə bağlı prokurorluq tərəfindən araşdırma aparılacaq”, – deyə şirkət nümayəndəsi əlavə edib.
Aviaşirkətin bütün istiqamətlərdə uçuşları ləğv etdiyi, biletlərin ölkənin bütün bölgələrində geri qaytarıldığı da məlumdur.

“Ekipajın səhhəti yaxşı olub. Heç bir şey hiss olunmayıb. Fikrimizcə, hər şey qaydasında olub”.
Xatırladaq ki, faciə bu gün, dekabrın 27-si səhər 7-də baş verib.

Mülki Aviasiya Komitəsi məlumat verib ki, uçuşdan sonra hava gəmisi hündürlüyü itirib və iki mərtəbəli binaya çırpılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*