Bekaryan: “Qərbi Azərbaycan qaçqınları məsələsi gündəmə gəlir”backend

Bekaryan: “Qərbi Azərbaycan qaçqınları məsələsi gündəmə gəlir”

Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ermənilərə əməlli-başlı dərd olub və neçə vaxtdır mövzunu müzakirə etməkdən yorulmayan erməni siyasi ekspertlər bütün hallarda Paşinyanı ittiham edirlər. Görünür, Ermənistanın siyasi elitası Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqla münaqişəni uzatmaq və qonşu dövlətə ərazi iddiası irəli sürmək niyyətində imişlər. Amma ötən il Praqada Paşinyan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra erməni cəmiyyətində çaxnaşma yarandı. Oktyabrın 5-də Qranada sammitində Paşinyanın Azərbaycanın ərazi bütövlüyü haqqında bəyanata imza atması həm də işğal altındakı anklav ərazilərimizin geri qaytarılmasına işarədir.

KONKRET.az xəbər verir ki, erməni politoloq Karen Bekaryan bildirib ki, anklavlar təslim edilərsə, Ermənistan üçün ciddi risklər yaranacaq: “Anklavlar həm də Qərbi Azərbaycan qaçqınları məsələsini gündəmə gətirir”.

Politoloq Ermənistanı Azərbaycanın tələblərinə razı olmaqda ittiham edir: “Ermənistanın maraqları lazımi səviyyədə qorunmasa, Azərbaycana müqavimət göstərmək mümkün olmayacaq. Ən böyük təhlükə anklavların strateji yollarda yerləşməsidir ki, bu da faktiki olaraq Azərbaycan tərəfinin nəzarətində olacaq”.

Bekaryan hakimiyyət nümayəndələrinin bu strateji yolların başqa marşrutla çəkilə biləcəyi ilə bağlı açıqlamalarını qeyri-ciddi hesab edib: “Belə bir təəssürat yaranır ki, ya onların coğrafiya müəllimi olmayıb, ya da onlar çox pis oxuyublar. Onlara başa salmaq lazımdır ki, anklavları təhvil verəndən sonra Ermənistanın əsas yollarına nəzarəti təmin etmək asan olmayacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*