Qərarda “27 sentyabr 2020-ci ildə Azərbaycan tərəfindən yenidən hərbi əməliyyatların başlanması pislənilir” və Belçika hökuməti müharibədən təsirlənmiş əhalinin xilas edilməsi, müharibə cinayətləri törədənlərin mühakimə olunmasına, atəşkəsə hörmətlə yanaşılmasına və Dağlıq Qarabağ sərhədlərinə hörmətlə yanaşaraq barışıq sazişinin imzalanmasına yönələn bir sıra tədbirlər görməyə çağrılır. “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququna hörmət bəsləyir.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumatda deyilir ki, “Parlament eyni zamanda Türkiyənin bu müharibədəki rolunu qeyd edir. Türkiyədən hərbi müdaxiləni dayandırmağı və bölgədə sabitliyi pozmamağı istəyir. Bir neçə partiyadan olan millət vəkilləri, demək olar ki, yekdilliklə təsdiqlənmiş qətnamənin hazırlanması üzərində çalışıblar. Parlament üzvü Peter de Ruver plenar iclasda, xüsusən də Dağlıq Qarabağla diplomatik münasibətlərin qurulmasını tələb edən başqa bir qətnamənin müdafiəsi üçün çıxış edib. Mətn isə rədd edilib. Lakin “DQR”-in müstəqilliyini tanıma fikri bir çox həmkarları tərəfindən dəstəklənib”.
Nəşr daha sonra yazır: ”Belçika Ermənilər Komitəsi, parlamentin bu mövzuda açıq və konstruktiv bir mövqe tutmasını alqışlayır və bu işdə əməyi keçən bütün millət vəkillərinə təşəkkür edir. Komitə hökuməti parlamentin tövsiyələri ilə dərhal hərəkətə keçməyə çağırır. Humanitar yardımın təcili olduğunu və Belçikanın bölgədəki varlığını vurğulayır. Belçika Erməniləri Komitəsi, Belçika Erməniləri İcmasının icra orqanı və rəsmi nümayəndəsidir. Bu icmanın qurumları 1922-ci ildə qurulub. Ölkədəki ermənilərin sayının 30 mindən çox olduğu təxmin edilir”.
KONKRET.az