Belçika paytaxtına ordu yeridilə bilərbackend

Belçika paytaxtına ordu yeridilə bilər

Brüsseldə təhlükəsizliklə bağlı vəziyyət fəlakətli xarakter alır.

KONKRET.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken “Le Soir” nəşrinə müsahibəsində deyib.

O, hazırda paytaxt küçələrinə hərbçilərin yerləşdirilməsi məsələsinin müzakirə olunduğunu bildirib.

Məlumata görə, Belçikanın müdafiə və daxili işlər nazirləri paytaxtda narkotiklərlə bağlı zorakılığa qarşı mübarizə aparmaq üçün Brüssel küçələrinə qoşun yeritmək barədə razılığa gəliblər.

Buna baxmayaraq, müdafiə naziri vurğulayıb ki, təhlükəsizlik ordunun deyil, polisin prioritetidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*