Berdiməhəmmədov Azərbaycanı təbrik etdibackend

Berdiməhəmmədov Azərbaycanı təbrik etdi

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

KONKRET.az xəbər verir ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir:

“Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*