Beyləqan rayonunda yeni doğulan körpə dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı səbəbindən ölüb.
KONKRET.az bildirir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin çəkisi 4100 qr, boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-da saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.
Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
***10:25
Beyləqan rayonunda doğuşdan sonra yeni doğulan körpənin ölümü ilə bağlı araşdırma aparılır.
KONKRET.az xəbər verir ki, ötən gün Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini, 1996-cı il təvəllüdlü Ülviyyə Əliyeva 39 həftəlik hamiləliklə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Doğuş prosesinin normal keçməsinə baxmayaraq, dünyaya gələn oğlan uşağı bir müddət sonra həyatını itirib.
Ana Ü.Əliyevanın səhhəti normaldır.
