Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYEbackend

Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Onun yerinə müavini, polkovnik Fərid Əsgərov təyin edilib. 

KONKRET.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, Fərid Əsgərov peşəkar karate mütəxəssisidir.

2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib.

O, bir müddət Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olub. Bu ilin fevral ayında isə Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini təyin edilib.

Fərid Əsgərov Bakı İdman Sarayının direktoru Əli Əsgərovun qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*