Beyrut limanında baş verən partlayışda ölən və yaralananların sayı artdıbackend

Beyrut limanında baş verən partlayışda ölən və yaralananların sayı artdı

Beyrut limanında baş verən partlayışda ölənlərin sayı artıb.

KONKRET.az– ın verdiyi xəbərə görə, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, partlayış nəticəsində həlak olanların sayı 158 nəfərə çatıb. 

Nazirliyin məlumatına görə, yaralıların sayı isə 6000-i keçib. 

İndiyə qədər şəxsiyyəti müəyyənləşdirilənlər arasında müxtəlif millətlərin nümayəndələri var.

Suriyanın Livandakı səfirliyi partlayış nəticəsində 43 suriyalının həlak olduğunu bildirib. 

Həmçinin 6 Banqladeş vətəndaşı, 3 filippinli, 1 pakistanlı, 2 misirli və 13 erməni partlayışda həlak olub. 

Limanda baş verən partlayış nəticəsində Almaniyanın Livandakı səfirliyinin əməkdaşı və Niderlandın Livandakı səfirinin xanımı da həyatını itirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. 

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*