Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsiz, “skoçlanmış” halda idarə olunduğunu görünür.
Belə olan halda vətəndaşlar sərnişindaşımalarda keyfiyyətin artırılması məqsədilə gedişhaqqı qiymətlərinə edilən artımları da yenidən gündəmə gətiriblər.
Məsələ ilə bağlı AYNA-dan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, istifadəyə yararsız halda olan avtobus artıq xətdən kənarlaşdırılıb.