Biləsuvarda ev yandı: Bir nəfər öldübackend

Biləsuvarda ev yandı: Bir nəfər öldü

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, bir nəfər ölüb.

KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*