Bakı-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, qəza Biləsuvar rayonunun giriş hissəsində, yolayrıcı yaxınlığında baş verib.
Bakı şəhər sakini Hüseynov İslam Vidadi oğlunun idarə etdiyi “Mercedes 190” markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı kanala yuvarlanıb.
Nəticədə avtomobildə olan sərnişinlər – Hüseynova Nigar İxtiyar qızı və Mirzəyev Məmmədhəsən Əhmədağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb və onlar dərhal rayon xəstəxanasına aparılıb.
Yaralılara ilkin tibbi yardım göstərilib, həkimlər onların vəziyyətini yüngül olaraq dəyərləndirib. (Bizim.Media)
KONKRET.az