Biləsuvarda pambıqla dolu traktor yandıbackend

Biləsuvarda pambıqla dolu traktor yandı

Biləsuvarda yanğın hadisəsi baş verib. 

KONKRET.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “Belarus” markalı traktorun qoşqusunda qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın nəticəsində qoşquya yığılan 1,5 ton pambığın 30 kiloqramı yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*