Binəqədidə 11 min manatlıq oğurluq – VİDEObackend

Binəqədidə 11 min manatlıq oğurluq - VİDEO

Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

KONKRET.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuznəməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*