Bir milyon manat ələ keçirən gənc biznesmenin yenidən məhkəməsi başladıbackend

Bir milyon manat ələ keçirən gənc biznesmenin yenidən məhkəməsi başladı

Gəncə Apellyasiya Məhkəməsində özünü yüksəkvəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq əməli törətmiş 1993-cü il təvəllüdlü Əsəd Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əsədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Araşdırmalar zamanı məlum olub ki, Ə.Əsədov Gəncədə avtomobil və ehtiyyat hissələrin satışı ilə məşğul olub. Onun orada bir neçə mağazası var imiş. Əsasən nisyə şəkildə mal alıb-satan Əsədov özünü vəzifəli şəxsin yaxını kimi təqdim edərək ümumilikdə 33 nəfərdən dəyəri 1 milyon manata yaxın olan ehtiyyat hissələri, avtomobillər və nağd pul alaraq dələduzluq edib. O, aldatma yolu ilə ələ keçirdiyi əmlakların xeyli hissəsini geri qaytarsa da, bir hissəsi qalıb.

Gənc iş adamı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*