Bir milyonluq dələduzluq edən şəxslərlə bağlı qərar çıxarıldıbackend

Bir milyonluq dələduzluq edən şəxslərlə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə təqsirləndirilən İqbal Həsənli və Elşad Cabbarovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.     

KONKRET.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İqbal Həsənli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elşad Cabbarova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, hər iki şəxs xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özlərini fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq ediblər.

Cinayət materiallarında qeyd edilib ki, onlar ümumilikdə 896 230 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər./pravdaaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*