ABŞ Zelenskidən cavab gözləyir – Son tarix açıqlandıbackend

ABŞ Zelenskidən cavab gözləyir - Son tarix açıqlandı

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Vaşinqtonun hazırladığı yeni planı ən gec noyabrın 27-də ABŞ-də qeyd olunan “Şükran günü”nə qədər imzalamasını gözləyir.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, amerikalı rəsmilər Zelenskinin sənədi təsdiqləməsindən sonra sözügedən planı Rusiyaya təqdim etməyi planlaşdırırlar.

Məqalədə qeyd olunur ki, Vaşinqton bu prosesi noyabrın sonunadək başa çatdırmaq, dekabrda isə münaqişənin nizamlanmasına dair bütün mərhələləri yekunlaşdırmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*