Yasamaldakı yanğında ölənlərin ikisinin kimliyi məlum oldu – ADLARbackend

Yasamaldakı yanğında ölənlərin ikisinin kimliyi məlum oldu - ADLAR

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub.

KONKRET.AZ xəbər verir ki, onlar – 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və daha bir nəfərdir.

Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*