Bir nəfərin 26 min manatını mənimsədi – Həbs edildibackend

Bir nəfərin 26 min manatını mənimsədi - Həbs edildi

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən Rəşad Adışov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*