Birinci Qarabağ müharibəsində itkin düşən Elşənin nəşinin qalıqları Salyanda dəfn olundubackend

Birinci Qarabağ müharibəsində itkin düşən Elşənin nəşinin qalıqları Salyanda dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları 30 il sonra İmişlidə naməlum əsgər məzarlığında aşkar edilərək doğulduğu Salyan rayonuna gətirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edib. Vida mərasimindən sonra şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyan rayonunun Seyid Sadıqlı kəndinin qəbristanlığında dəfn edilib.

Qeyd edək ki, Salyan rayonunun Seyid Sadıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub və naməlum əsgər kimi İmişli məzarlığında dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*