“Birinci siniflər əlifbanı A, B, C ardıcıllığı ilə yox, qarışıq öyrənirlər, A-dan sonra M gəlir” – Aytən Səfərovabackend

“Birinci siniflər əlifbanı A, B, C ardıcıllığı ilə yox, qarışıq öyrənirlər, A-dan sonra M gəlir” - Aytən Səfərova

Aparıcı Aytən Səfərova uşaqların dərs yükünün çox olmasından şikayətlənib.

KONKRET.az axşam.az-a istinadən bildirir ki, bu barədə o, “Xəbər ertəsi” verilişində danışıb. Aytən Səfərova tədris sistemindən də narazı olduğunu bildirib:

“Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir? Niyə onları bu qədər yükləyirlər? Mənə elə gəlir, hər müəllim elə düşünür ki, şagirdlərə ancaq onun dərsi keçilir. Onların bu gün uşaqlıqlarını yaşamağa belə vaxtları yoxdur. Sistemi də elə qurublar ki, birinci siniflər əlifbanı A, B, C ardıcıllığı ilə yox, qarışıq öyrənirlər. A-dan sonra M gəlir. Artıq-əskik bir söz demək istəmirəm, amma hər şey göz qarşısındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*