“Biz öz əlimizlə dövlətçiliyimizi məhv etdik, indi başımız aşağı, yazıq vəziyyətdəyik” – Erməni siyasətçibackend

"Biz öz əlimizlə dövlətçiliyimizi məhv etdik, indi başımız aşağı, yazıq vəziyyətdəyik" - Erməni siyasətçi

“Təhlükəsiz və güclü Ermənistanı kimdən tələb etmək lazımdır?”.

KONKRET.az xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun həmtəsisçisi, siyasətçi Vahe Ovannisyan yazıb.

“Səfirliklər və beynəlxalq təşkilatlar qarşısında piketlər, etiraz aksiyaları keçirən hüquq müdafiəçilərimizə, həkimlərimizə, tələbələrimizə, incəsənət xadimlərimizə, ictimai xadimlərimizə dərin hörmətlə bildiririk ki, mənzərə çox acınacaqlıdır.

Biz 1988-ci ildəki dünya görüşünə qayıtdıq. Səfirliklərin və beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların hərəkəti dövləti olmayan xalqa davranışıdır.

Bizdə dövlət olanda səfirliklərin qarşısında piket keçirməyə ehtiyac yox idi. Güclü dövlət olsaydı, bu məsələ dövlət rıçaqlarının köməyi ilə həll olunardı.

Vaxt var idi ki, Laçın yolu açıq, təhlükəsiz idi. Eyni zamanda bizim dövlətçiliyimizə görə yeni alternativ Sotk-Kəlbəcər yolu var idi.

Biz öz əlimizlə dövlətçiliyimizi məhv etdik. İndi başımız aşağı, yazıq vəziyyətdə kağız təyyarələri havaya buraxırıq. Beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqlərinin niyə yetərincə olmamasına təəccüblənmək olmaz.

Belə də olmalı idi: dövlətin görünən və ya görünməyən fəaliyyəti olmadan kifayət qədər təzyiqi, hətta diasporun fəaliyyətini təmin etmək mümkün deyil. İqtidarın, müxalifətin, cəmiyyətin etmədiyini aydın və konkret deməyin vaxtı çatıb.

Hansı böhrandan danışırıq?

Humanitar böhranın əsasında Ermənistanda mövcud olan siyasi böhran dayanır. Bunu həll etmək lazımdır, çünki humanitar və siyasi böhranlar birlikdə dövlətçilik böhranı yaradıb.

Ya çoxları bunu anlamır, ya da səfirliklərdən güclü və təhlükəsiz Ermənistan tələb etmək daha təhlükəsizdir. Bu baş vermir. Etiraz edən sosial qruplar böhranın məzmununu dərk etmədikcə, vəziyyət dəyişməyəcək.

Açığı, bu vəziyyət həm də güclü konsolidasiya edən rəhbərliyin olmaması ilə bağlıdır. Elita və liderlər dövlətçilik ideyası ətrafında cəmləşirlər.

Biz başa düşənə qədər ki, bu, humanitar böhran deyil, dövlətçilik böhranıdır, türklər bizə yeni-yeni tələblərlə çıxış edəcəklər. Bir neçə onlarla insan səfirliklər qarşısında piketlər keçirəcək, minlərlə vətəndaş mərkəzləri qapalı Laçın dəhlizi fonunda alış-verişin bayram dəhlizlərini bağlayacaq.

Müharibədən sonra ən mühüm vəzifəmiz dövlətçiliyin bərpasıdır, humanist təfəkkür əvəzinə dövlət təfəkkürü lazımdır. Bu, Qarabağın və bağlı yolların yeganə açarıdır”, – deyə Ovannisyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*