Ukrayna paytaxtı Kiyevin Obolon rayonunda başından güllə yarası almış 32 yaşlı kişi meyiti aşkarlanıb.
Məlumata görə, mərhum bu gün səhər saatlarında avtomobilinin içərisində tapılıb və yanında öz adına qeydiyyatda olan silah müəyyən edilərək götürülüb.
İlkin araşdırmalar nəticəsində ölən şəxsin kriptovalyuta sahəsində fəaliyyət göstərən iş adamı və bloqer olduğu müəyyən edilib. Bir gün əvvəl, o, ailəsinə maddi sıxıntılar səbəbindən depressiyaya düşdüyünü bildirib və vida mesajı göndərib.
Polis ölənin adını açıqlamasa da, sosial şəbəkələrdə onun biznesmen Kostya Kudo kimi tanınan Konstantin Qaniç olduğu barədə məlumatlar yayılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Qanlı olayın səbəbləri müəyyənləşdirilir.