Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklərbackend

Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

Oktyabrın 21-də Qazaxıstanda olimpiya çempionu Serik Sapiyev adına yeniyetmələr arasında beynəlxalq boks turniri başlayacaq.

KONKRET.az xəbər verir ki, ənənəvi yarış artıq 13-cü dəfədir ki, keçirilir.

Karaqanda şəhərində keçiriləcək turnirdə Azərbaycan boksçuları da qüvvələrini sınayacaqlar.

Bu il turnirdə səkkiz ölkədən (Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Çexiya, Azərbaycan, Monqolustan və Qazaxıstan) 400-ə yaxın idmançı iştirak edəcək.

Boksçular oktyabrın 21-dən 25-dək mübarizə aparacaqlar.

Ən güclü adı uğrunda 2010-2011-ci il təvəllüdlü boksçu oğlanlar və qızlar rinqə çıxacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*