Böyük masa və furşet: Qomeldə danışıqlar platforması necə görünür? – FOTOLARbackend

Böyük masa və furşet: Qomeldə danışıqlar platforması necə görünür? - FOTOLAR

Qomel şəhərinin Rumyantsev-Paskeviç sarayından fotolar xarici mediada əsas mövzulardan birinə çevrilib.

KONKRET.az xəbər verir ki, Belarus tərəfi Ukrayna və Rusiya arasında danışıqlar üçün platforma təqdim etməyə tam hazır olduğunu təsdiqləyib.

Ukrayna tərəfinin bəyanatlarına baxmayaraq, Rumyantsev-Paskeviç sarayı Rusiya Federasiyası və Ukraynanın rəsmi nümayəndə heyətlərinin görüşünə hazırdır.

Nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya tərəfi Belarus vaxtı ilə saat 15:00-a qədər danışıqlarla bağlı Ukraynadan yekun cavab gözləyir.

Rusiya, həmçinin Qomeldə mümkün danışıqlarda Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir, Rusiya Federasiyası prezidentinin köməkçisi bunu əminliklə deyib.

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, hamı Qomeldə oturub Ukrayna nümayəndə heyətini gözləyir, Rusiyanın isə yekun sənədləri var.

“Sizcə, Qərb Ukraynanın bərpasına kömək edəcəkmi? Ukrayna gündəmdən çıxacaq və onlar bunu unudacaqlar və Ukrayna xalqı əziyyət çəkəcək. Ona görə də biz gözləyirik, cənablar. Hamı Qomeldə oturub gözləyir. Gəlsələr, danışıqlar olacaq.Gəlməyəcəklər, dünən Rusiya prezidenti mənə dedi ki, nə edim, bu, onların seçimidir”, – deyə Lukaşenko bildirib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*