BQXK Aqşin və Hüseynlə bağlı hansı faktları gizlədib?backend

BQXK Aqşin və Hüseynlə bağlı hansı faktları gizlədib?

Dünən erməni əsirliyindən qayıdan əsgərlərimiz Hüseyn Axundov və Aqşin Bəbirov müntəzəm şəkildə fiziki zorakılıqlara məruz qalıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bu faktları gizlədib.

KONKRET.az xəbər verir ki, bu barədə Minval.az bildirib.

Aqşin Bəbirovun Azərbaycan-Ermənistan sərhədində hərbi əsirlərin dəyişdirilməsi zamanı və ondan sonra evdə, jurnalistlərin azadlığa buraxılan şəxslə müsahibəsi zamanı çəkilmiş fotolarının müqayisə edərək, bu qənaətə gəlinib.

Qeyd olunur ki, mübadilə zamanı Aqşin Bəbirovun üzündə heç bir xəsarət və ya yara nəzərə çarpmayıb. Ancaq onun Bakıya qayıtdıqdan sonra yerli KİV-lərdən birinə müsahibəsi zamanı çəkilən fotosunda yeni döyülmə izləri aydın görünür:

“Bu da ona qarşı sistemli şəkildə fiziki zorakılığın tətbiq edildiyini göstərir. bizim oğlanların zorakılığı. Əsgərlərimiz bizim tərəfə təhvil veriləndə yaraları diqqətlə qrimlənib.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları hər dəfə hərbi əsirlərimizə baş çəkərkən, onların səhhətinin yaxşı olduğunu, hərh hansı problemin olmadığını bildirirdilər. İndi aydın olur ki BQXK döyülmə faktıları gizlədib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*