Böyük Britaniya hökuməti Rusiyaya qarşı növbəti sanksiya paketini elan edib.
KONKRET.az xəbər verir ki, Britaniyanın rəsmi məlumatına görə, sanksiyalar siyahısına əlavə olaraq 135 yeni neft tankeri salınıb. Bununla da sanksiyaya məruz qalan tanker sayının ümumi sayı 290-dan 425-ə yüksəlib.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda olan iki şirkət — Intershipping Services və Litasco Middle East DMCC də sanksiyalar siyahısına daxil edilib.
Yeni sanksiyalar Rusiyanın enerji sektoruna təzyiqləri artırmaq məqsədi daşıyır.
Natiq Səlim,
KONKRET.az