Böyük Britaniyanın xarici işlər naziri Devid Lämmi İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı sərt bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, nazir beynəlxalq ictimaiyyəti dərhal atəşkəsin əldə olunmasına çağırıb:
“Qəzzada dözülməz vəziyyət hökm sürür. Yaxın həftələrdə atəşkəs təmin edilməlidir. Əgər bu davam edərsə, Böyük Britaniya İsrailə qarşı ciddi tədbirlər görəcək”, – deyə Devid Lämmi bildirib.
Natiq Səlim,
KONKRET.az