Britaniyada üzərində III Çarlzın təsviri olan əskinaslar TƏQDİM OLUNDU – FOTObackend

Britaniyada üzərində III Çarlzın təsviri olan əskinaslar TƏQDİM OLUNDU - FOTO

İngiltərə Bankı Kral III Çarlzın təsvirini əks etdirən 5, 10, 20 və 50 funt sterlinqlik polimer əskinasların dizaynını təqdim edib.

KONKRET.az xəbər verir ki, əskinasların üz tərəfində kralın portreti təsvir olunacaq.

Yeni əskinaslar 2024-cü ilin ortalarında dövriyyəyə buraxılacaq.

Məlumata görə, Kraliça II Elizabetin təsviri olan bütün pullar qanuni ödəniş vasitəsi olaraq qalacaq. III Çarlzın təsviri olan əskinasları isə yalnız köhnəlmiş pulları əvəz etmək və onlara artan tələbatı ödəmək üçün çap olunacaq.

Qeyd edək ki, III Çarlz Britaniya əskinaslarında təsvir olunan ikinci monarxdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*