Britaniyalı politoloqdan ŞOK AÇIQLAMA: “İranı qorxudan çox şey var”backend

Britaniyalı politoloqdan ŞOK AÇIQLAMA: “İranı qorxudan çox şey var”

“Rəsmi İrəvan Ermənistan və Türkiyə arasındakı münasibətlərin taleyi ilə bağlı qərar verməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri britaniyalı politoloq Lourens Broers səsləndirib. O Cənubi Qafqaz regionunda vəziyyətin qarışıq olduğuna, Ermənistanla Türkiyə arasındakı münasibətlər isə sual doğurduğuna diqqət çəkib. Broers bölgədəki regional oyunçular arasında kəskin rəqabətin olduğunu deyib:

“Biz Rusiya və Türkiyənin müxtəlif sahələrdə münasibətləri yaxşılaşdırmağı bacardığını görürük. Onlar arasında həm rəqabət, həm də yüksək praqmatizm var. Türkiyə və İrana gəldikdə isə, düşünürəm ki, rəsmi Tehran özünü ikinci Qarabağ müharibəsinin nəticələrindən kənarda görür. İranı qorxudan çox şey var. Həm Azərbaycanla yeni sərhədin yaranması, həm İranın etnik azəri əhalisi arasındakı mümkün irredentizm (üzvlərinin, öz millətinin keçmişindən “itirilmiş” (və ya “oğurlanmış”) hesab etdiyi əraziləri ölkəsinə qatmaq niyyəti güdən siyasi və ya xalq hərəkatıdır) məsələsi, həm də İsrail-Azərbaycan münasibətləri rəsmi Tehranı narahat edir” – deyə Lourens vurğulayıb.

“3 + 3” (Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə) təşəbbüsünə gəlincə isə britaniyalı politoloq əlavə edib ki,  bu, sərhədlərin açılması və infrastruktur layihələrinin təşviqi üçün lazımdır. Eyni zamanda xarici təzyiqlərə baxmayaraq, İrəvan bu məsələyə özü  nəzarət etməlidir. Ermənistanın Türkiyə ilə münasibətləri ilə bağlı qərarlar İrəvanda verilməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Vuqar
    Oktyabr 11, 2021 - 14:24

    İrana qarşı adekvat sərt tədbirlər görülsə onlar yerlərini daha tez bilərlər!
    Bu xəstə fars mollalari lap danışıqlarını itiriblər!

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*