Bürclər arasındakı uyğunluq evliliklərin möhkəmliyi və uzunömürlülüyü ilə əlaqələndirilir. Bəzi bürclər arasında emosional, mənəvi və xarakter fərqləri səbəbindən evliliklər uğursuz ola bilər.
KONKRET.az hansı bürclərin bir-biri ilə evlənməsinin məsləhət görülmədiyini araşdırıb.
Qoç və Oğlaq
Qoç impulsiv və cəsur, Oğlaq isə nizamlı və məsuliyyətlidir. Bu iki bürc arasında ciddi xarakter fərqləri var. Qoç azadlığı sevərkən, Oğlaq daha çox qaydalara önəm verir. Bu fərqlər ciddi münaqişələrə səbəb ola bilər.
Əkizlər və Balıqlar
Əkizlər dəyişkən xarakterli və ünsiyyətcil, Balıqlar isə duyğusal və həssasdır. Əkizlərin qərarsızlığı Balıqları məyus edə bilər. Bu bürclər arasında münasibətlərdə tarazlıq yaratmaq çətin olur.
Xərçəng və Dolça
Xərçəng ailəcanlı və emosionaldır, Dolça isə sərbəstliyi və yeniliyi sevir. Dolçanın azadlığına düşkün olması Xərçəng üçün problem yarada bilər.
Qız və Oxatan
Qız detallara diqqət edən və planlıdır, Oxatan isə sərgüzəştləri və riskləri sevir. Oxatanın sərbəstliyi Qızın tənqidçi xarakteri ilə toqquşa bilər, bu da münasibətləri çətinləşdirir./yenisabah