“Bu, dövlətə və milli maraqlara xəyanət deyilsə, bəs nədir?”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Facebook səhifəsində yazıb.
“Bu, xəyanət deyilsə, bəs nədir?
KTMT-nin baş katibi Stanislav Zas KTMT-nin Ermənistana hərbi-texniki yardım göstərməyə hazır olduğunu iddia etsə də, Nikol Paşinyan faktiki olaraq bundan imtina edib.
Nə baş verdiyini başa düşürsünüz?
Bir tərəfdən Nikol və nikolçular silahın olmamasından danışır, digər tərəfdən isə KTMT-dən sursatları pulsuz və daxili qiymətlərlə almaqdan imtina edirlər.
Bu, dövlətə və milli maraqlara xəyanət deyilsə, bəs nədir?”, – deyə Şarmazanov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az