Hazırda Şahdağ və Qaxda (Sarıbaş) dekabrın 18-i saat 16:00-a olan məlumata əsasən qar yağır.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir.
Küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s-yə çatır. Bu da narıncı xəbərdarlığa uyğundur.
Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır. Bu da sarı xəbərdarlığa uyğundur.