“Bu gün erməni müxalifəti Bakının ən böyük arzularından birini həyata keçirdi” – Vardanyanbackend

"Bu gün erməni müxalifəti Bakının ən böyük arzularından birini həyata keçirdi" - Vardanyan

“Bu gün erməni müxalifəti Bakının ən böyük arzularından birini həyata keçirdi”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 20-də Ermənistan parlamentinin iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Vladimir Vardanyan əl çalaraq deyib.

O bildirib ki, bu gün Ermənistan müxalifəti Azərbaycan hərbi-siyasi elitasının ən böyük arzularından birini həyata keçirib.

“Rəhmətlik nənəm uşaq vaxtı dalaşanda, dava edəndə həmişə deyirdi: uşaqlar, düşmənlərimizi bununla sevindirməyin. Bir müddət sonra Azərbaycan Prezidenti İlham Əliyevin masasının üstündə bir sənəd görünəcək. Orada xüsusilə yazılacaq: “Ermənilər bir-birini günahlandırırlar. Bir-birini yeyirlər. Aralarında parçalanma yaranıb, cənab Prezident”, – Vardanyan deyib.

Daha sonra o, müxalifətçi deputatlara üz tutub.

“Maraqlıdır, siz nə etmisiniz? Günlərlə, hətta aylarla işə gəlmirsiniz. Burada görünmürsünüz. Siz hər şeydə məmurları günahlandırırsınız. Bəli, biz günahkarıq. Hamımız günahkarıq. Heç olmasa kimsə sizə sual versin: Niyə bu 30 ildə Qarabağın müstəqilliyinin tanınması məsələsini qaldırmamısınız? Qaldırardınız da. Heç olmasa, gündəmə gətirərdiniz”, – deyə Vardanyan şikayətlənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*