“Bu məmurlar Ramiz Mehdiyevə guya “sarsıdıcı zərbə” vururlar, əslində isə … – ŞOK AÇIQLAMAbackend

"Bu məmurlar Ramiz Mehdiyevə guya "sarsıdıcı zərbə" vururlar, əslində isə ... - ŞOK AÇIQLAMA

Akif ƏLİ,

Əməkdar jurnalist

Akif Əli mərhum Lütfi Zadə haqqında: "Nə deməliydim, balqabaqbaş?" |  Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Son günlər maraqlı insan mənzərələrini müşahidə edirik.

Ramiz Mehdiyevin çox ağır dövləti cinayətləri barədə araşdırma aparmaq üçün məhkəmənin 4 aylıq ev dustaqlığı qərarı cəmiyyəti çalxalamaqdadır. Dahi M.Ə. Sabir demişkən: “Çalxalandıqca, bulandıqca zaman, Yağı – yağ, ayranı – ayranlıq olur…”

Yarım əsrdən artıq bir müddətdə hakimiyyətin yuxarı eşalonlarında mövqe tutmuş bir vəzifə sahibindən söz getdiyi üçün belə gur reaksiyalar əlbəttə, təəccüblü deyil. Mətbuatda, sosial şəbəkələrdə, saytlarda, özəl telekanallarda indi hər kəsolaya münasibət bildirməkdədir.

Ramiz Mehdiyevin əməlləri əlbəttə, öz hüquqi qiymətini və layiqli cəzasını alacaqdır. Bu öz yerində və əlahiddə mövzudur. Hələliksə məsələnin başqa bir aspektinə diqqəti yönəltmək istərdim.

Kriminal aləmdə belə bir instinktiv qəribəlik var:qətl hadisəsi barədə xəbər çıxanda, hadisə yerinə ilk gələnlər arasında qatil özü də olur.Belə bir psixoloji qəribəliyin kökündə – iz azdırmaq, şübhəni özündən uzaqlaşdırmaq, “günahkar olmadığını” bəri başdan nümayiş etdirmək, hüquqşünasların işi necə apardığını, kriminalistlərin izə düşüb-düşmədiyini öyrənmək və s. niyyətlər dayana bilər.

Əlbəttə, analogiya aparmaq fikrində deyiləm. Ancaq Ramiz Mehdiyevin vətənə xəyanət, dövlət çevrilişinə cəhd, korrupsiya cinayələri barədə yayılan xəbərin ilk anından bəzi “tanınmışlar” özlərini qeyri-adekvat aparmaqla, məhz belə bir intuitiv assosiasiyanın yaranmasına rəvac verdilər. Həmin“tanınmışlar” dərhal şübhəli canfəşanlıqla intensiv “ifşaedici” fəaliyyətə başladılar. Durmadan-dayanmadan Ramiz Mehdiyevlə öz aralarındakı məsafəni mümkün qədər uzatmağa çalışdılar. Bu isə müdrik el məsəllərini xatırladır: “Qarğa məndə qoz var”, “Soğan yeməmisənsə için niyə göynəyir?”, “Niyə əl-ayağa düşmüsən?” və s.

Vaxtilə Ramiz Mehdiyevlə canbir-qəlb olub, indi papadan artıq katoliklik edənhəmin məşhur konyuykturçuların yazılarında, məqalələrində, çıxışlarında, rəylərindəelə məqamlar görünürki, onlar ya hissə qapılıb, ya ifrata varıb, ya da nə danışdıqlarını bilmədən Ramiz Mehdiyevə guya “sarsıdıcı zərbələr”vururlar; ancaq deyilənlərin konteksti və məntiqi adi icra məmuru olan Ramiz Mehdiyevin fəaliyyətini, onun personasının “qüdrətini”hamıdan, az qala tabeliyində işlədiyi rəhbərdən də üstün göstərirlər…

Karyerası boyunca Ramiz Mehdiyevin əlaltısı funksiyasını can-başla yerinə yetirən, daim onun tapşırıqları ilə hərəkət edən, ona arxalanıb milli maraqları deqradasiyaya uğradan, geniş mənada mədəniyyət və mətbuat sahələrini öz səviyyəsinə qədər endirən, həm də onun sayəsində uzun-uzadı siyahılardakı saysız-hesabsız var-dövləti toplayan bəzi əqidəsiz, miskin görməmişlər isə ümumiyyətlə, Ramiz Mehdiyev adında adam tanımadıqlarını, onunla heç bir işbirliyində olmadıqlarını qızıl-qırmızı deyirlər.

Bunlar kənardan çox iyrənc görünən insan mənzərələridir…

Əslində utanmaq hissi mədəni, abırlı, ismətli, mənəviyyatlı adamlara xasdır. Adam əgər iş başında olanda vəzifədən sui-istifadə edib el malını oğurlayıbsa, yüksək vəzifə mövqeyinə yaraşmayan işlər görübsə, hərəyə bir yalan danışıbsa, xalqa xəyanət edibsə, milli dəyərləri ayaqlar altına atıbsa, təbii, onun utanan üzü olmaz və hər nə istəsə deyər.

Naşı adamlar onu da bilməz ki, hər hansı cinayətin izinə düşən, istintaqını aparan hüquq-mühafizə orqanlarının əməkdaşları o cinayətin törədildiyini bilənkimi dərhal aləmə car çəkməzlər. Cinayət axtarışı, cinayətkarın ifşası uzun müddətli prosesdir. Bu ciddi proses müddətində cinayətin motivlərindən tutmuş, onun iştirakçılarına qədər hamı və hər şey zərgər dəqiqliyi ilə öyrənilir, axtarılır, məntiqi mülahizələrlə yekunlaşdırılır və yalnız bütün təfərrüatlar aydınlaşdırılandan, sübutlar toplanandan, faktlar yoxlanandan sonra iş məhkəməyə gedir.

Təsadüfi deyil ki, Ramiz Mehdiyevin ətrafında çoxdan iş aparılır (təbii, qanuni şəkildə, məhkəmənin qərarı ilə). Və yalnız bütün müvafiq prosedurların yekununda onun vətənə xəyanət, dövlət çevrilişinə cəhd kimi bəraəti olmayan ağır maddələrlə ittiham edilib həbsi barədə hökm verilib.

Odur ki, şairdemişkən, “Kimi aldadırsan, a zalım oğlu!” Ortaya düşüb mən eləyəm, mən beləyəm deyə yaxa yırtmağın mənası nədir? Axı, kimin kim olduğu, kimin hansı funksiyanı yerinə yetirdiyi, kimin cinayətkar şəbəkəyə daxil olduğu, Ramiz Mehdiyevə kimin hansı məsafədə dayandığı, münasibətləri, kimin hansı tapşırıqları yerinə yetirdiyi, kimin nə oğurladığı, nə qədər oğurladığı, harda gizlətdiyi, kimin xislət etibarilə hansı yuvanın quşu olduğu, ömrünü necə yaşadığı və s.detallar çoxdan və çox yaxşı məlumdur (Son günlər sadə insanlar tərəfindən sosial mediada yayılanlara baxmaq kifayətdir).

O da məlumdur ki, belə xain şəbəkələrdə adətən davamlılığı qorumaq üçün, konspirasiya məqsədilə strukturun hər bir üzvünə ixtiyar verilir ki, ələ keçən dəstə başını istədiyi qədər tənqid etsin, onunla əlaqələrini inkar etsin, hətta şiddətlə söysün, təki maskalanıb özünü gələcək fəaliyyətlər üçün qoruya bilsin.İstər vəzifəli məmur olsun, istər sıravi işçi. İstər ali dövlət qulluqçusu olsun, istər media kapitanı…

Odur ki, gözə kül üfürmək lazım deyil.Sakit durub istintaqın sonunu gözləmək lazımdır. Hər kəsin əməliüzə çıxacaq. Əgər kimin-kim olduğunu bu balaca ölkədə az qala hamı bilirsə, demək həmin o qəflətən oyanıb özünə əl qatan, palaz-palaz “bəraət” məqalələri yazan, bir-birini tərifləyib ideallaşdıran, “səmimi” intervyülər verən, özünü təmizə çıxartmaq üçün “ifşaedici faktlar” söyləyən, mənfi əməllərini gizlətməyə, ört-basdır etməyə çalışanlar özlərinə heç əziyyət verməsinlər. Suçlu olanlar hüquq-mühafizə orqanlarını, ayıq-sayıq hüquqşünasları, peşəkar məmurları, sədaqətli dövlət qulluqçularını aldada bilməzlər…

Xüsusən,ən müxtəlif istiqamətlərdən ən dəqiq informasiyaları alan ölkə başçısını!

Sadəcə hər şeyinvaxtı, məqamı var.

…30 illik “Qarabağ problemi” kimi bir qara yaranı 44 günə kəsib atan, son 200 illik tarixdə ilk dəfə Azərbaycanın tam suverenliyinə, ərazi bütövlüyünə nail olan, regionda böyük nüfuz qazanan, dünya liderlərinin səmimi ehtiram göstərdiyi möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevinin dəqiq ifadə etdiyi bu sözləri heç kim unutmasın:

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*