Bu məşhurların qanında narkotik maddə aşkarlandıbackend

Bu məşhurların qanında narkotik maddə aşkarlandı

Türkiyədə məşhurlara qarşı aparılan narkotiki maddə istintaqının bəzilərinin nəticələri açıqlanıb.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger  və Kaan Yıldırımın qanında və saç analizində narkotik maddə aşkarlanıb.

Qanında dərman tərkibli maddə aşkarlananlar isə Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salidir.

İrem Derici, Feyza Altun və Ziynet Salinin istifadə etdiyi dərmanların “yaşıl resept”lə alındığı qeyd olunub.

Qanında heç bir maddəyə rast gəlinməyənlər isə Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Ceren Moray, Hadise  və Özge Özpirinççi olub.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində 19 nəfər məşhur saxlanılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*