Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiyabackend

Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya

İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlı sərt açıqlamalar verib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, deputat Yaxın Şərqdə cərəyan edən son prosesləri şərh edərkən Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan səkkizbəndlik razılaşmanı ABŞ-ın regiondakı siyasətinin uğursuzluğunun göstəricisi kimi qiymətləndirib.

Deliqani BƏƏ-nin ABŞ-dan təhlükəsizlik təminatı əldə etmək üçün neft gəlirlərindən 9 trilyon dollar xərclədiyini iddia edib.

İranlı deputatın sözlərinə görə, yaranmış vəziyyət fonunda BƏƏ İrana dəymiş zərəri kompensasiya etməlidir. O, hətta BƏƏ-nin uzun illər ərzində bütün ərazisini İranın sərəncamına verməli ola biləcəyini də istisna etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*