Bu ölkələrdə XƏBƏRDARLIQ — Bahalaşdı, depolayınbackend

Bu ölkələrdə XƏBƏRDARLIQ — Bahalaşdı, depolayın

Hindistan və Pakistanda daşqınlar düyü sahələrini yararsız hala salıb.

KONKRET.az xəbər verir ki, hər iki ölkədən dünya miqyasında ixrac edilən və bir çox ölkənin əsas tədarükçüsü olduğu basmati düyüsünün qiyməti sürətlə artıb.

Ekspertlər yaxın həftələrdə daha da bahalaşmanın gözlənildiyini və düyünün depolanması barədə xəbərdarlıq ediblər.

Son illərdə idmançılar arasında populyar seçim olan basmati düyüsü Hindistan və Pakistanda baş verən daşqınlardan sonra qiymətlərinin dəfələrlə artdığı müşahidə olunub.

Güclü yağışlardan sonra yaranan daşqınlar, ölkə daxilində düyü sahələrini yararsız hala salsa da, bütün dünyaya ixrac edilən basmati düyüsünün qiyməti günü-gündən artmaqda davam edir.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*