Bu oyunları oynadı, 3 min manat cərimələndibackend

Bu oyunları oynadı, 3 min manat cərimələndi

Qəbələ rayonunda onlayn qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Sərvər Əsədov (ad-soyad şərtidir – red.) Qəbələ rayonu ərazisində olarkən mobil telefon vasitəsi ilə “Pin up” və “Mostbet” qumar saytlarına giriş edib, kart hesabından həmin qumar saytlarına üç dəfəyə – 11.49, 16.49, 16 manat məbləğlərində pul depoziti edib.

Bu hərəkətləri ilə pul qazancı müqabilində qumar oyununda iştirak edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Əsədov 3 min manat cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*