Bu partiyalar parlament seçkilərində iştirak edəcək – TAM SİYAHIbackend

Bu partiyalar parlament seçkilərində iştirak edəcək - TAM SİYAHI

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 20-yə çatıb.

KONKRET.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha bir partiyanın – Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyasının səlahiyyətli, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*