Veqan pəhrizini seçmiş şəxslər B12 vitamininin yetərli qəbuluna diqqət yetirməlidirlər, çünki vitamin çatışmazlığı riski “mif deyil”, mütəxəssislər xəbərdarlıq edir. Hər il yanvarda veqan pəhrizinə keçənlərin sayında artım müşahidə olunur. İngilis dilində bunu ifadə edən – “Veganuary” (January – ingilis dilində yanvar və vegan sözündən əmələ gəlir) kəlməsi də mövcuddur.
Lif tərkibli qidalarla zəngin olan veqan diyetində xolesterol həcmi az olur. Eynilə bu diet B12 də daxil, bir sıra bəsləyici və vitaminlərin kasadlığı ilə səciyyələnir.
Əsasən ət, balıq, yumurta və süd məhsullarında rast gəlinən B12-nin çatışmazlığı sinir sisteminin zədələnməsinə səbəb ola bilər. Adətən əl və ya ayaqlarda uyuşma hissiyyatı ilə müşayiət olunan belə pozuntunun ilk simptomları özünü bir neçə ildən sonra göstərir.
İnternet və sosial mediada bəzən veqanların əlavə B12-yə ehtiyaclarının olmadığını yazırlar. Alimlər bununla qəti şəkildə razılaşmır.
Londonun Kings College Universitetinin qida və pəhriz məsələləri üzrə professoru Tom Sanders deyir ki, bir çox adam “B12 çatışmazlığının mif olduğunu düşünür”.
“Bütün mikroelementlər arasında ən çox narahatlıq doğuran B12-nin çatışmazlığıdir”, – Tom Sanders deyir.
“Vegan olub-olmamağınıza rəğmən, qida planlaşdırması hamı üçün mühümdür”, – Vegan Cəmiyyətinin diyetoloqu Heather Russell deyir.
Yetkin yaşlı insanın gündə təqribən 1,5 mikrogram B12-yə ehtiyacı var.