“Bu, psixoloji müharibədir, inanmayın” – İranlılara TƏCİLİ MÜRACİƏTbackend

"Bu, psixoloji müharibədir, inanmayın" - İranlılara TƏCİLİ MÜRACİƏT

İranın Tasnim xəbər agentliyi bəzi xarici mediada “ordu komandanlarının öldürüldüyü” ilə bağlı səslənən iddialara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, agentlik yaydığı açıqlamada bu məlumatların əsassız olduğunu vurğulayıb.

Bildirilib ki, adıçəkilən ordu komandanları hazırda vəzifələrinin icrası ilə məşğuldurlar və hər hansı fövqəladə hal qeydə alınmayıb.

Tasnim agentliyi bu cür xəbərlərin yayılmasını “psixoloji müharibənin bir hissəsi” kimi qiymətləndirib və ictimaiyyəti rəsmi mənbələrə istinad etməyə çağırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*