Bu şəxslər də məhkəmə iclas katibi vəzifəsində işləyə biləcəkbackend

Bu şəxslər də məhkəmə iclas katibi vəzifəsində işləyə biləcək

Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb. 

KONKRET.az xəbər verir ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız “hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*